• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Britaniyanın müdafiə nazirinə Ukraynanın Baş naziri adından SAXTA ZƏNG

DÜNYA

17 Mart 2022 | 21:49 | Müəllif: Qalib İbrahimoğlu

Britaniyanın müdafiə nazirinə Ukraynanın Baş naziri adından SAXTA ZƏNG

Özünü Ukraynanın Baş naziri Denis Şmıqal kimi təqdim edən şəxs Böyük Britaniyanın müdafiə nazirinə zəng edib.

Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, bu barədə Britaniyanın müdafiə naziri Ben Vallas "Twitter"də məlumat verib.

"Bu gün özünü Ukraynanın Baş naziri kimi təqdim edən saxtakar mənimlə danışmağa cəhd etdi. O, bir neçə yanlış sual verdi və mən şübhələndikdən sonra telefon danışığını dayandırdım. Moskvanın heç bir dezinformasiyası, təhrifi və çirkin hiyləsi bizim diqqətimizi Rusiyanın insan hüquqlarını pozmasından və Ukraynaya qanunsuz müdaxiləsindən yayındıra bilməz. Bu çarəsiz cəhddir" ,- deyə Vallas vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026