Kanada hökuməti Belarus rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq edir.
Bakıvaxtı.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Kanada hökumətinin bu qərarı Rusiyanın Ukraynaya müdaxiləsində Belarusun iştirakına və dəstəyinə görə verilib. Yeni sanksiyalar Belarus Müdafiə Nazirliyinin Ukraynaya hücumu dəstəkləyən 22 yüksək rütbəli rəsmisinə qarşı tətbiq edilir.
Kanadanın xarici işlər naziri Melani Coli bildirib ki, Belarus rəhbərliyi də Rusiyanın Ukraynaya hücumlarını asanlaşdırdığına və dəstəklədiyinə görə cavabdehlik daşımalıdır. Eyni zamanda o əlavə edib ki, Kanada Aleksandr Lukaşenkonu Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməyi dayandırmağa çağırır.
“Biz əlavə tədbirlər görməkdən çəkinməyəcəyik", - deyə Kanadanın xarici işlər naziri əlavə edib.
Ramid İbrahimov
















