• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Makron: "Fransa Avropada müharibəyə hazırlaşmalıdır"

DÜNYA

17 Mart 2022 | 22:11 | Müəllif: Subhan Mahmudov

Makron: "Fransa Avropada müharibəyə hazırlaşmalıdır"

"Fransa yüksək intensivlikli müharibəyə hazır olmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, Fransa kosmosda və kiberməkanda yeni növ münaqişələr qarşısında çevik olmalıdır.

Fransa lideri silahlı qüvvələrdə ehtiyatda olan əsgərlərin, polis və jandarma qüvvələrinin sayının iki dəfə artırıldığını açıqlayıb.

Makron bununla yanaşı, seçki kampaniyası zamanı Fransanın 2025-ci il müdafiə büdcəsinin 50 milyard avro olacağını bildirib. Hazırda bu rəqəm 40 milyard avrodan çoxdur.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026