• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zelenski xalqa müraciət etdi

DÜNYA

16 Fevral 2022 | 11:15

Zelenski xalqa müraciət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski 16 fevral-Birlik Günü münasibətilə xalqa müraciət edib.

Bakıvaxtı.az “UNIAN”a istinadən xəbər verir ki, canlı yayımla ictimaiyyətə səslənən dövlət başçısı bu günün əhəmiyyətindən danışıb.

“Bu gün vacib bir gündür - hamımızın Birlik Günüdür. Biz yaşımıza, cinsimizə, haradan olmağımıza, peşəmizə görə fərqlənirik. Amma bizi bir arzu birləşdirir: sülh içində, xoşbəxt yaşamaq arzusu. Bizim buna tam haqqımız var. Çünki biz öz evimizdə, Ukraynadayıq. Və heç kim evimizi bizim sevdiyimiz qədər sevməyəcək. Yalnız biz, birlikdə olsaq, evimizi qoruya bilərik. Birlik günün mübarək, Ukayna!”, - Volodimir Zelenski bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026