ABŞ-ın Ukraynada raketləri yoxdur və gələcəkdə də Ukrayna ərazisində raket yerləşdirməyi planlaşdırmır.
Bakıvaxtı.az-ın xəbərinə görə, bunu ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı çıxışında bildirib.
“Nə ABŞ, nə də NATO-nun Ukraynada raketi yoxdur. Gələcəkdə də ora raket yerləşdirmək planımız yoxdur”,- deyə Bayden bildirib (apa)
***
15 fevral, 23:02
ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı çıxış edəcək.
Bakıvaxtı.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, prezident qısa şərhlə çıxış edəcək.
Baydenin Ukrayna ilə bağlı hər hansı yeni siyasət elan etməyəcəyi bildirilir.
A BŞ prezidentinin çıxışı saat 15.30-da (Bakı vaxtı ilə 16 fevral 00.30) başlayacaq.
















