• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Əmək Məcəlləsində dəyişiklik edildi

SİYASƏT

30 Noyabr 2022 | 17:20

Əmək Məcəlləsində dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:

- 211-ci maddənin 1-ci hissəsi üzrə:

- dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin;”;

- beşinci – yeddinci abzaslar müvafiq olaraq yeddinci – doqquzuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:

“hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin;

hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin;”.

- 240-cı maddənin 1-ci hissəsinin ikinci cümləsində “qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə” sözləri “bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə)” sözləri ilə əvəz edilsin.

- 241-ci maddə ləğv edilsin.

- 243-cü maddəyə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan hallar baş verdikdə həmin hallar aradan qalxanadək işəgötürən hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınları yüngül işə keçirməlidir.”


SON XƏBƏRLƏR