• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Prezident gələn ilin dövlət büdcəsini təsdiqlədi

SİYASƏT

30 Dekabr 2022 | 13:14

Prezident gələn ilin dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2023-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, gələn il büdcənin gəlirləri 30 774 milyon manat, xərcləri 33 353,3 milyon manat olacaq.

Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 3,25% çoxdur.

Son nəticədə büdcədə 2 579,3 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 17% azalma deməkdir.

Büdcə gəlirlərinin 30 017 milyon manatı mərkəzləşdirilmiş, 757 milyon manatı isə yerli gəlirlər, büdcə xərclərinin isə 32 584 milyon manatı mərkəzləşdirilmiş, 769,3 milyon manatı isə yerli xərclərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026