• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bu şəhərdə su qıtlığı yaranacaq

DÜNYA

26 Fevral 2024 | 12:46

Bu şəhərdə su qıtlığı yaranacaq

​​​​​Mexiko şəhəri ciddi su böhranı ilə üz-üzədir.

Bakıvaxtı.az "Lenta.ru"ya istinadla xəbər verir ki, yerli məmurlardan biri iyunun sonunda şəhərdə suyun kranlardan yox ola biləcəyini bildirib.

Məlumata görə, illərdir davam edən anomal az yağıntı və yüksək temperatur, La Nina və El Nino fenomenlərinin təsiri altında iqlim dəyişikliyi, eləcə də infrastruktur problemləri metropolda su qıtlığına səbəb olub. 

Həmçinin, suyun çox hissəsi sızmalara, demoqrafik vəziyyətə görə itirilir. 

Hazırkı vəziyyətdə hakimiyyət su anbarlarından vurulan suya ciddi məhdudiyyətlər qoymaq qərarına gəlib və onun əhaliyə verilməsini 25 faiz azaldıb.

Nəticədə, bir çox şəhər sakinləri aylarla lazımi axar su olmadan yaşamalı, bir neçə gündə bir-iki saat verilən nazik damcı su ilə kifayətlənməli və su çəni üçün 100 dollardan çox pul ödəməlidirlər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026