• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan: “50 milyon dozanı keçdik”

DÜNYA

01 Iyul 2021 | 15:22

Ərdoğan: “50 milyon dozanı keçdik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirus peyvəndinin geniş tətbiqi ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o “Twitter” hesabında yazıb.

“Koronavirus pandemiyasına qarşı mübarizədə ən təsirli silahımız olan peyvəndlənmədə şükürlər olsun ki, 50 milyon dozanı keçdik. Xeyirli, uğurlu olsun”, - deyə o qeyd edib.

Ərdoğan bildirib ki, Türkiyənin güclü səhiyyə sistemi, tibb sahəsində çalışanların səyləri və millətin həssas yanaşması ilə birgə yaxın zamanda yerli peyvənd TURKOVAC-la da COVID-19-a qarşı mübarizə daha güclü formada davam edəcək:

“Türkiyəni daha sağlam sabahlara daşıyacağıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026