• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İstanbulda meşə sahələrinə giriş qadağan edildi

DÜNYA

30 Iyul 2021 | 18:14 | Müəllif: Subhan Mahmudov

İstanbulda meşə sahələrinə giriş qadağan edildi

Türkiyənin İzmir, Aydın, Kocaeli, Balıkesir, Çanaqqala, Qaziantep və Bursada ardıcıl baş verən meşə yanğınlarından sonra İstanbulda da meşə sahələrinə giriş qadağan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi qərar qəbul edib.

Valiliyin məlumatında deyilir: "Meşə yanğınları ilə mübarizə çərçivəsində Qaziantep, Aydın, Çanakkale, İzmir, Kocaeli və Balıkesirdən sonra 30 iyul - 31 avqust tarixləri arasında meşələrə girmək, meşədə və ətrafında fasilə vermək və meşə sahələrində piknik etmək qadağandır".

Qeyd edək ki, son iki gün ərzində ölkənin cənub bölgələrində 63 yerdə meşə yanğını baş verib. Yanğınlar nəticəsində 4 nəfər həlak olub, 183 nəfər xəstəxanaya müraciət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR