• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ərdoğan Türkmənistana səfər edəcək

DÜNYA

26 Noyabr 2021 | 23:52 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Türkmənistana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi məlumata görə, səfər zamanı R.T.Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanda keçiriləcək Zirvə görüşündə iştirak edəcək, həmçinin, noyabrın 27-28-də Aşqabadda baş tutacaq Türkiyə-Türkmənistan əlaqələrinin müzakirəsinə dair toplantıya qatılacaq.
Bildirilib ki, səfər çərçivəsində Türkiyə-Türkmənistan əlaqələrinin bütün aspektləri və əlaqələrin müxtəlif sahələrdə daha inkişaf etdirilməsi müzakirə ediləcək, regional məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, R.T.Ərdoğan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə İƏT-in “Birlikdə gələcəyə” mövzusunda 15-ci Liderlər Zirvə toplantısına qatılacaq.

Toplantı çərçivəsində Türkiyənin təsisçi üzvü olduğu İƏT-in fəaliyyətinin səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət və nəqliyyat şəbəkələrinin genişləndirilməsi, itkilərlə mübarizə kontekstində təşkilat çərçivəsində koordinasiya və əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. COVİD-19 pandemiyası və pandemiyadan sonrakı dövrə hazırlıq, eləcə də gələcək iqtisadi əməkdaşlığın gücləndirilməsi haqqında müzakirə aparılacaq.

Türkiyə Prezidenti İƏT-ə sədrliyi Türkmənistan Prezidentinə təhvil verəcək.

R.T.Ərdoğanın səfəri çərçivəsində İƏT-də iştirak edəcək dövlət başçıları ilə ikitərəli görüşü də nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026