Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqədar İdarəsinidən bildiriblər.
Məlumata əsasən, danışıq zamanı Türkiyə ilə Böyük Britaniya arasında ilk növbədə müdafiə sənayesi və ticarət sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə imkan yaradacaq addımlar müzakirə edilib.
Tərəflər, həmçinin Suriya və Ukraynada baş verən hadisələrə, iqlim və qaçqın böhranı kimi regional və qlobal məsələlərə toxunublar.
















