• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İran Fars körfəzində iki gəmini saxladı - SƏBƏB

DÜNYA

14 Fevral 2022 | 00:15 | Müəllif: Qalib İbrahimoğlu

İran Fars körfəzində iki gəmini saxladı - SƏBƏB

İran silahlı qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan iki gəmini saxlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə bazar günü ILNA agentliyi İran Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

Mənbə bildirir ki, İran təhlükəsizlik qüvvələri əməliyyat zamanı 15 min litr qaçaqmalçı yanacaq ələ keçirib.

Ehtimal olunur ki, qaçaqmalçılar yükü İrandan Fars körfəzi dövlətlərindən birinin ərazisinə gətirəcəkdilər.

İran hakimiyyəti Fars körfəzində qaçaqmalçıları ilk dəfə saxlamır (bizim media). Belə ki, 20 noyabr 2020-ci ildə İran sərhədçiləri ən azı 300 min litr qaçaqmal yanacaq daşıyan Panama bayrağı altında üzən gəmini saxlayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026