• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ermənilər Araiki Xankəndidən qovur - VİDEO

DÜNYA

22 Iyun 2021 | 14:57

Ermənilər Araiki Xankəndidən qovur - VİDEO

İyunun 21-də Azərbaycanın Qarabağ bölgəsinin rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində, Xankəndi şəhərində ermənilər separatçı qalıqların “rəhbər”i Araik Arutyunyanın istefası tələbi ilə etiraz aksiyası keçirib.

Nümayişçilər Arutyunyanın siyasətindən razı olmadıqlarını və onun erməni xalqının maraqlarını müdafiə etmədiyini bildiriblər.

Etirazçılar aksiya zamanı Arutyunyanın ünvanına “Xain!”, “Get!” şüarları səsləndiriblər. Buna səbəb olaraq Araikin Ermənistanda seçki günündə Nikol Paşinyanın qərargahında olaraq onu dəstəkləməsi göstərilib.

“İnsanlar çox qəzəblidirlər, biz çoxdandır ki, dözürdük. İndi səbir kasamız daşıb. Görünür, sabah Xankəndidə daha böyük nümayişlər baş tutacaq”, - deyə aksiya iştirakçılarından biri bildirib.

    VIDEO


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026
    18 Sentyabr 2026