Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-un mənşəyi ilə bağlı istintaqın ikinci mərhələsi üçün təklif etdiyi plana əməl etməyəcək.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Milli Səhiyyə Komitəsinin rəhbərinin müavini Çzen İsin deyib.
Ötən həftə ÜST rəhbəri Tedros Qebreyesus koronavirusun Çindəki laboratoriyadan yayılma ehtimalını istisna etmək üçün hələ tez olduğunu söyləyərək Çini açıq əməkdaşlığa çağırıb. O, ÜST-ün yaxınlığında ilk COVID-19 infeksiyasının qeydə alındığı Uxandakı laboratoriyaları yoxlayacağını planlaşdırdığını söylib.
Çzen İsin yoxlama aparmaq istəyən ÜST-ü "siyasi biabırçılıq" ittiham edib. MSK-nın rəhbəri ÜST-ün bu hərəkətlərini elmə qarşı təkəbbürlük hesab edib .
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















