• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Britaniya Baş naziri "Taliban"la işləməyə hazır olduğunu bildirib

DÜNYA

20 Avqust 2021 | 23:38 | Müəllif: Subhan Mahmudov

Britaniya Baş naziri "Taliban"la işləməyə hazır olduğunu bildirib

Böyük Britaniyanın Baş naziri Boris Conson Əfqanıstan böhranının diplomatik və siyasi həlli yolunda "Taliban" hərəkatının nümayəndələri ilə işləməyə hazır olduğunu deyib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Baş nazir "Sky News" telekanalının efirində Cobra adlı fövqəladə komitəsinin Əfqanıstandakı vəziyyətlə bağlı iclasından sonra bildirib.

B.Conson qeyd edib: "İnsanları inandırmaq istəyirəm ki, biz Əfqanıstandakı vəziyyətin siyasi və diplomatik həlli yollarını axtarmağa davam edəcəyik və təbii ki, lazım gələrsə, "Taliban"la işləyəcəyik".

Baş nazir Əfqanıstanda vəziyyətin bir qədər yaxşılaşdığını deyib: "Vəziyyət bir az yaxşılaşır və [Kabil] hava limanında sabitləşmə görürük".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR