ABŞ-ın Texas ştatında hərbi təyyarə qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fort Uort şəhərinin yanğın-xilasetmə xidməti məlumat yayıb.
“İki və ya üç xəstəyə yardım göstərilir”, - deyə bildirilib.
Qəza zamanı iki evə zərər dəyib.
Olayın səbəbləri araşdırılır.
















