• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin hökuməti ÜST-ün təklifini qətiyyətlə rədd etdi

DÜNYA

22 Iyul 2021 | 12:41

Çin hökuməti ÜST-ün təklifini qətiyyətlə rədd etdi

Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təklif olunan koronavirusun mənşəyi ilə bağlı istintaqın ikinci mərhələsi üçün planı rədd edib.

Bakıvaxtı.az xəbər verir ki, Çin bunu elmə və sağlam düşüncəyə hörmət etməmək kimi qəbul edib.

“İstintaqın ikinci mərhələsinin təklifinə gəldikdə, elmə və sağlam düşüncəyə hörmət etməyən xülasədən istifadə olunur. Bu plana əməl etməyəcəyik”, - deyə Çin hökuməti bəyan edib.

Bildirilib ki, ÇXR elmi bir yanaşmaya əsaslanan araşdırma aparılmasını dəstəkləyir və virusun mənşəyi ilə bağlı istintaqın siyasiləşdirilməsinə qarşı çıxır.

Qeyd edək ki, iyulun 17-də ÜST rəhbəri Tedros Adhanom Qebreyesus təşkilatın bu yaxınlarda COVID-19 infeksiyasının aşkar edildiyi laboratoriyaları yoxlamağı planlaşdırdığını söyləyib. Söhbət 2019-cu ilin dekabrında Uhanda ilk SARS-CoV-2 hadisələrinin aşkarlandığı qurumların yoxlanılmasından gedir. Yoxlama ÜST Katibliyinin koronavirusun mənşəyi ilə bağlı istintaq çərçivəsində həyata keçirmək istədiyi beş addımdan biridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026