Yuxarı Şorca istiqamətində Ermənistan ordusunun hərbi məntəqələrindən birində yanğaın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, gecə vaxtı "vaqon-konteyner"də baş verən yanğından sonra partlayış olub.
Partlayış nəticəsindən bir neçə hərbçi həlak olub və xeyli sayda yaralının olduğu bildirilir. Hadisə yerinə dərhal yanğın söndürən və təcili yardım maşınları gəlib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Səbuhi Elnur
















