• Bakı 11° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

İranda sonun başlanğıcıdır - Ekspert

DÜNYA

05 Dekabr 2022 | 14:47 | Müəllif: Qalib İbrahimoğlu

İranda sonun başlanğıcıdır - Ekspert

​​​​​​"İranda bu gün baş verənlər SSRİ-nin son dövrünü, hardasa 1986-87-ci illəri xatırladır".

Bunu Bakıvaxtı.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, əslində, İran və SSRİ sistem, ideologiya, metadologiya olaraq bir-birinə çox yaxın ölkələrdir: "Belə ki, SSRİ millət, kimlik anlayışını unutdurub hamıdan “sovet adamı” düzəltmək, davranış qaydalarını, hətta geyim-gecimlərini, düşüncə tərzini dizayn-nəzarət etmək istəyirdi (sovet vaxtı “stilyaqaları” geyimlərinə görə təqib edirdilər), imperiyanı qorumaq üçün kommunist, əslində cəlbedici olan “sol” ideologiyanı ifrat hala salıb, istismar etməyə çalışdı. Eyni ilə İran da müqəddəs dinimizi, inancı öz dövlət ideologiyasına xidmət etmək, fars imperiyasının inersiyasını qorumaq üçün istismar edərək insanların davranış qaydalarına, geyim tərzinə, düşüncənə nəzarət etməyə başladılar. İran rejimi də millət, etnik kimlik anlayışlarını “ümmətlə” əvəz edərək yeni insan tipi yaratmağa çalışırdı".

Ekspert qeyd edib ki, SSRi-də 1985-86-cı illərdə “qlasnost”, “perestroyka” kimi anlayışlar yaranan kimi sistem çart verməyə başladı, sonra isə bütün qalnı əməllərlə İmperiyanı qorumaq cəhdlərinə baxmayaraq (Alma-ata, Tiflis, Vilnyus, Bakı) sistem çokdü.

"Bu gün İranda əgər sitemə qarşı etirazlar rejimi geri addım atmağa (“Əxlaq polisi"nin ləğvi xəbərləri, İran konstitusiyasına dəyişikliklərin təklifi) məcbur edirsə, bu da sonun başlanğıcı, sistemin çart verərək zəifləməsi deməkdir - yəni, SSRİ analogiyasına görə 1986-87-ci illərdir, 1990-91-ci illərə çox az qalıb...", - deyə Natiq Cəfərli vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR