"Ermənistan vətəndaş cəmiyyəti Paşinyan hakimiyyətinin məcburən razılaşdığı sülh gündəliyini qəbul edirsə və onu erməni cəmiyyətinə təqdim edirsə, Bakının müəyyənləşdirdiyi şərtlər irəli aparılırsa, ən azından bunu dəyərləndirməliyik və irəli aparmalıyıq".
Bunu Bakıvaxtı.az-a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib.
Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi də, erməni tərəfi də görüşdə çətin məsələri qaldırırlar:
"Ermənistanı təmsil edən nümayəndə heyətinin üzvləri deyirlər ki, etimadı artırmaq üçün Bakıda həbsdə olan ermənilərin bir qismini azad etmək məqsədəuyğun olardı. Bu addım həm də onlara kömək edər ki, sülh prosesi ilə bağlı konkret nəticələr olsun. Ermənistan cəmiyyəti hazırkı hakimiyyətə daha çox etimad göstərsin. Bu, Ermənistan tərəfinin arqumentləridir. Təbii ki, biz də onların cavabını veririk. Onlar bu məsələni Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşdə qaldırmışdılar. Hikmət Hacıyev də onların cavabını verdi. Dedi ki, hərbi-siyasi "rəhbərliklə" bağlı Azərbaycan cəmiyyətində konsensus var. Yəni bu, müzakirə edilməyən məsələdir. Əslində Ermənistan rəsmiləri də bunu qaldırır və eyni cavabı alırlar”.
Müsahibimiz qeyd edib ki, Ermənistan tərəfi sadəcə hərbi-siyasi "rəhbərliklə", azərbaycanlılara qarşı birbaşa cinayət törətmiş şəxslərlə bağlı müraciət etmirlər. Dediyinə görə, müharibədən sonra torpaqlarımızda peyda olan, ölkəmiz əleyhinə fəaliyyət göstərən, ancaq azərbaycanlılara qarşı cinayət törətməyən, yəni birbaşa qətllərdə iştirak etməyən ermənilər də var. Ermənistan tərəfi məhz həmin şəxslər üzərindən tələblərini gündəmə gətirirlər.

Fərhad Məmmədov: Beynəlxalq məhkəmələrdə iddia qaldırmışıq
F.Məmmədov əlavə edib ki, məhkəmə qarşısında cavab verənlər Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak etmiş, azərbaycanlıları qovmuş ermənilərdir:
"Əfsuslar olsun ki, beynəlxalq sistem işğalçını işğalçı kimi qələmə vermədi, ona sanksiya tətbiq etmədi. Beynəlxalq məhkəmələrə də müraciətlər etmişik. Ancaq Avropa Məhkəməsi bizə dedi ki, "siz 1996-cı ildə qoşulmusunuz, ondan öncə baş verənlər bizlik deyil". Amma buna rəğmən, biz yenə də beynəlxalq məhkəmələrdə iddia qaldırmışıq. Hazırda iki məsələyə dair iddiamız var. Əgər sülh sazişi imzalanmasa, biz o yolla gedəcəyik və bu, onilliklər tələb edən bir prosesdir".
Aydın Baxış
Bakı 



