“İllər öncə bizə sual verirdilər ki, ermənilər 3 milyon, siz isə 10 milyonsunuz niyə torpaqlarınızı azad edə bilmirsiniz?”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Ceyhun Məmmədov deyib.
“Biz buna layiq olduq. 30 il əvvəl mən və mənim kimi yüzlərlə insan barbarcasına torpaqlarından didərdgin düşdü. O vaxt mən də Cabrayıldaydım və çox yaxşı xatırlayıram. Bu gün bütün rayonlar böyük bir tikinti meydanına bənzəyir. Bu gün müharibə bitsə də, informasiya müharibəsi hələ də davam edir. Ermənistanın bu çirkin müharibəsinin şahidi oluruq, dövlətimiz lazımlı işləri görür”.
Aytac Aslan