• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Əs-Sisinin səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə olacaq

SİYASƏT

30 Yanvar 2023 | 15:12

Əs-Sisinin səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə olacaq

“Bu günlərdə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana rəsmi səfər edib. Öncə bildirmək istərdim ki, yüz milyondan çox əhalisi olan və qədim sivilizasiya mərkəzi olan Misir istər ərəb ölkələri, istər islam ölkələri və istərsə də Orta Doğuda ən nüfuzlu ölkə olaraq, yerləşdiyi bölgədə sabitləşdirici rol oynayan dövlətdir”.

Bunu Bakıvaxtı.az-a deputat Məlahət İbrahimqızı bildirib.

Deputat qeyd edib ki, çoxmədəniyyətli və polietnik əhalisi olan Misir Ərəb Liqasının aparıcı ölkələrindən olmaqla, həm də Qoşulmama Hərəkatının üzvüdür:

“Ümumiyyətlə, Misirlə ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə səmərəli əməkdaşlığı mövcuddur. Misir Azərbaycanın dövlət müstəqilliyini və Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan ölkələrindəndir. Bununla bərabər Misir beynəlxalq təşkilatlarda ötən illər ərzində hər zaman Azərbaycanı dəstəkləyib. Bu mənada müxtəlif müstəvilərdə əhəmiyyətli mövqeyi olan Misirlə Azərbaycan arasında olan əlaqələrin güclü olması ölkəmiz üçün beynəlxalq əməkdalıqda böyük önəmi var”.

Deputat qeyd edib ki, bu səfər və səfər proqramı çərçivəsində keçirilən görüşlər, eləcə də, imzalanan sənədlər hər iki ölkə arasında dostluğun və əməkdaşlığın daha da güclənməsinə böyük töhfə olacaq. Onun sözlərinə görə, mətbuatdan da bildirildiyi kimi, Azərbaycanla Misir hökumətləri arasında müxtəlif sahələr üzrə sənədlərin imzalanma mərasimi başa çatdıqdan sonra hər iki dövlət başçısı bəyanatla çıxış edib: “Prezident İlham Əliyev bu səfərin Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə olacağını və gələcək əməkdaşlıqda vahid mövqedən çıxış edəcəklərini, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirdi. Prezidentimiz çıxışında ildən-ilə inkişaf edən Azərbaycan-Misir əlaqələrinin bundan sonra da bütün beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyiyini, bir-birini dəstəkləyəcəyini qeyd edib. Dövlət başçımız beynəlxalq təşkilatlardakı ədalətsizlikdən və üzv ölkələrə yanaşmada ikili standartlara toxunaraq da dünyada mövcud olan beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin hələ də səksən il bundan öncəki qayda və qanunlarla işlədiyini, bu təşkilatların nizamnamələrinin çağın tələblərinə cavab vermədiyini, bu təşkilatlarda islahatların aparılmasının zəruri olduğuni vurğulayıb”.

M.İbrahimqızı bildirib ki, Azərbaycan prezidenti BMT-nin və onun Təhlükəsizlik Şurasının genişləndirilməsinin, mütləq müsəlman ölkələrinin və Qoşulmama Hərəkatının nümayəndələrinin orada təmsil olmasının zərurət və ədalətli olduğunu qeyd edib:

“Qeyd etmək istərdim ki, səfər çərçivəsində müzakirə olunan məsələlərdən biri də regional təhlükəsizlik sahəsində və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizədə əməkdaşlığın daha gücləndirilməsinə aid idi. Prezidentimiz bu məsələ haqqında danışarkən otuz ilə yaxın müddətdə Azərbaycan xalqının üzləşdiyi təcavüzkar Ermənistandan qaynaqlanan terror və hərbi cinayətləri də vurğuladı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında misirli həmkarına bildirdi ki, artıq Azərbaycan xalqı bu münaqişəni həll edib və bütün beynəlxalq təşkilatların da tanıdığı kimi Qarabağ Azərbaycanın tarixi və ayrılmaz hissəsidir və əbədi olaraq da belə qalacaq. Prezidentimiz sülhə nail olmaq üçün apardığı prinsipial və davamlı işlərdən, Azərbaycanın sülh müqaviləsi üçün irəli sürüldüyü təkliflərdən, Ermənistanın destruktiv mövqeyindən də, beynəlxalq təşkilatların biganəliyindən, beynəlxalq ictimaiyyətin səylərinin artırılmasından da danışdı. Həqiqətən də Azərbaycanın 20 faiz torpaqlarının işğal altında olduğu ötən otuz il ərzində xalqımız beynəlxalq təşkilatların susqunluğunun və ikili standartlarla fəaliyuətinin şahidi olduq. Bunun nəticəsidir ki, hər zaman sülh siyasəti yürüdən Azərbaycan sonda işğal və təcavüzü hərbi-siyasi yollarla öz ərazi bütövlüyünü bərpa etdi və bununla da BMT-nin dörd qətnaməsini icra edildi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə nəinki ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu. Halbuki bu qətnamələri BMT özü icra etməli idi”.

M.İbrahimqızı qeyd edib ki, səfər proqramı çərçivəsində ayrı-ayrı sahələr üzrə - əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsində geniş müzakirələr aparılması ikitərəfli əlaqələrin uğurlu inkişafı, hər iki xalq və dövlət üçün çox faydalı olacaq və bölgəmizə sabitlik gətirəcək:

“Misir prezidenti Əbdülfəttah Əs-Sisi  iki ölkə arasında münasibətlərin inkişafını, siyasi dialoqun hər iki xalqın mənafeyi naminə davam etdirilməsində, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib. Misir prezidenti Azərbaycanla Misir xalqları arasında olan dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrin vacib olduğunu və bu məsələdə qərarlı olduğunu qeyd edib”.

Deputatın sözlərinə görə, vacib məqamlardan biri də danışıqlar zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına dair bir sıra razılıqların əldə olunmasıdır: “Müzakirələr zamanı elektrik enerjisi istehsalı sahəsində həyata keçirilən islahatlarda Misir və Azərbaycan arasında təcrübə mübadiləsi, investorların sərmayə yatırmaları üçün əlverişli biznes mühitinin yaradılması, ticari əlaqələrin daha da artırılması, Bakı-Şarm-əl-Şeyx arasında birbaşa hava əlaqəsinin qurulması kimi məsələlər də gündəmdə olub. Mətbuat konfransında Misir orezident öz bəyanatında COVİD pandemiyası dövründə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Misirə edilən humanitat yardıma və Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə əlaqələrin inkişafını verdiyi dəstəyə görə təşəkkür edib”.

“Bu səfərin tarixi əhəmiyyətlərindən biri də Azərbaycanla Misir arasında, diplomatik əlaqələrin qurulmasından otuz il keçməsinə baxmayaraq, Misirdən ilk dəfə idi bu ölkənin Prezidenti Azərbaycana səfər edib. Minnətdarlıqla qeyd etməliyik ki, bu da möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu, uzaqgörən və müdrik diplomatiyasının nəticəsidir”, - deyə Məlahət İbrahimqızı əlavə edib.

Nur


SON XƏBƏRLƏR

18 Mart 2024