• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

F1: Səudiyyə Ərəbistanı Qran-prisini Ferstappen qazandı

İDMAN

28 Mart 2022 | 00:47

F1: Səudiyyə Ərəbistanı Qran-prisini Ferstappen qazandı

“Formula 1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, 50 dövrəlik mübarizənin qalibi adını son dünya çempionu Maks Ferstappen qazanıb.

“Red Bull”un niderlandlı pilotu “Ferrari” pilotları Şarl Lekler və Karlos Saynsı geridə qoyub.

“Red Bull”un daha bir pilotu Serxio Peres isə dördüncü olub.

Mövsümün ikinci Qran-prisindən sonra xalını 45-ə çatdıran Lekler şəxsi hesabda liderliyini möhkəmlədib. Sayns 33 xalla 2-ci, Ferstappen 25 xalla 3-cüdür.

Konksruktorlar Kubokunda “Ferrari” 78 xalla 1-ci, “Mercedes” 38 xalla 2-ci, “Red Bull” 37 xalla 3-cüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026