• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

UEFA Gənclər Liqasının qalibi bəlli oldu

İDMAN

26 Aprel 2022 | 00:16 | Müəllif: Subhan Mahmudov

UEFA Gənclər Liqasının qalibi bəlli oldu

UEFA Gənclər Liqasında 2021-2022-ci il mövsümünün qalibi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən finalda oyununda Asvtriya "Zaltsburq"unu 6:0 hesabı ilə darmadağın edən Portuqaliya "Benfika"sı 4-cü cəhdində titula sahib çıxıb.

Hesabı 2-ci dəqiqədə Martim Neto açıb. 15-ci dəqiqədə Enrike Araujo fərqi artırıb. Matçın 53-cü dəqiqəsində Şer N Dur 3-cü topu rəqibin qapısından keçirib. 57-ci dəqiqədə Araujo özünün 2-ci, komandasının 4-cü qolunu vurub. Görüşün 69-cu dəqiqəsində Luiş Semedu Avstriya təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 89-cu dəqiqədə Araujo qoyub. Penaltidən fərqlənən 20 yaşlı hücumçu het-trikini rəsmiləşdirib.

Qeyd edək ki, "Benfika" və "Zaltsburq" 2017-ci ildə də Gənclər Liqasının finalında qarşılaşıb. Həmin oyunda Portuqaliya təmsilçisi 1:2 hesabı ilə uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR