"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim və köməkçisi Ümit Davala cəzalandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.
Hər iki mütəxəssis Super Liqanın 31-ci turunda "Rizəspor"la oyundan sonra hakimləri təhqir etdiklərinə görə, iki oyunluq diskvalifikasiya olunub.
Bundan əlavə, Fatih Terim və Ümit Davala 13 min lirə cərimə ödəməli olacaqlar.
















