• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

"FETÖ üsulları yenidən işə başlayıb” - Ərdoğan

DÜNYA

12 May 2023 | 00:32 | Müəllif: Subhan Mahmudov

"FETÖ üsulları yenidən işə başlayıb” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət Partiyasının sədri Muharrem İncenin namizədliyini geri çəkməsinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Sincandakı çıxışı zamanı danışıb.

O qeyd edib ki, dünən hansısa videolarla partiya sədri kürsüsünə gətirilənlər, bu gün də eyni üsulla prezident olmağa çalışırlar.

"Görürsünüzmü, indi bir namizədi geri çəkilməyə məcbur etdilər. Görünür, FETÖ üsulları yenidən işə başlayıb”- Ərdoğan qeyd edib.

Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026