• Bakı 21° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

FHN-in generalı Türkiyədən qayıtdı

GÜNDƏM

17 Avqust 2021 | 18:11 | Müəllif: Subhan Mahmudov

FHN-in generalı Türkiyədən qayıtdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri hissə-hissə ölkəmizə qayıdır.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, 17 avqust 2021-ci il tarixində FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik etmiş fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də Azərbaycana qayıdıb.

Qeyd edək ki, qüvvələrin şəxsi heyəti dünən iki qrupda qardaş ölkədən təyyarə ilə geri dönüb, texnikalar və şəxsi heyətin digər hissəsi isə quru yolla hazırda Azərbaycana doğru hərəkət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR