• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Benzinlə çörək eyni gündə bahalaşdı: Nə baş verir?-AÇIQLAMA 

GÜNDƏM

16 Sentyabr 2021 | 15:31

Benzinlə çörək eyni gündə bahalaşdı: Nə baş verir?-AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda benzinlə çörək eyni gündə bahalaşdı. Digər sahələrdə də qiymət artımının olacağı gözlənilir. 

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli bildirib ki, yanacağın qiymətinin artması birbaşa olaraq məhsulların qiymətlərinin maya dəyərinin artmasına səbəb olacaqdır.

“İlkin olaraq qeyd etmək istəyirəm ki, 2014-cü ildən birbaşa olaraq idxala bağlı olan “Aİ -95” və “Aİ – 98” benzininin qiymətinin  artmasının səbəbi dünyada neft və neft məhsullarının  qiymətinin bahalaşması ilə əlaqədardır. Burada məsələnin əsas məğzi ondadır ki, qiymətləri benzini istehsal edən ölkələr beynəlxalq bazara təqdim edir. Azərbaycan bu benzinlərin idxalçısı olduğu üçün də, beynəlxalq bazar da qiymətin dəyişməsindən həssaslıqla təsirlənir.  Neftin ucuzlaşma mərhələsində də, benzinin qiymətlərində ucuzlaşma görülmüşdü. Hətta “Aİ-95” markalı benzinin 1 manat 10 qəpiyə qədər düşdüyü dövr olmuşdur. Amma burda təbii ki düşünüləcək məsələ, SOCAR-ın benzini beynəlxalq bazardan aldıqdan sonra topdan satış mərhələrinə qədər əlavə etdiyi gəlir marjası müzakirə olunmalıdır. Ümid edirəm ki, bu mövzuda dövlət tərəfindən ciddi nəzarət mövcuddur”,-deyə E.Səfərli bildirib.

Ekspert qeyd edib ki, çörəyin qiymətinin artması bir çox səbəblərdən baş verə bilər: “Təbii ki, bu artım daşınma xərclərinin və maya dəyərinə təsir edən əsas istehsal xərclərinin artmasına görədir. Yanacağın son bir ildə artması həm maya dəyərinə, həm də maya dəyərini formalaşdıran digər istehsal xərclərinin avtomatik artmasına təsir edir. Digər ərzaq məhsullarının qiymətinin artması bir çox səbəblərdən baş verə bilər. Birinci olaraq vurğulamaq lazımdır ki, dünya səviyyəsində qlobal ərzaq məhsulları ticarətində son 7 ilin ən yüksək qiymətləri müşahidə olunmaqdadır. Hətta bunu BMT-nin Qida və  Kənd Təsərrüfatı Təşkilatı öz hesabatında qeyd edib. Bu baxımdan idxala bağlı olan ölkələr, dünyanın müxtəlif ölkələrində istehsal olunan ərzaq məhsullarının qiymətinin qalxmağından mütləq olaraq təsirlənəcəkdir.  Eləcə də, Azərbaycanda ərzaq məhsullarının son 7 ayda durmadan artmağı birbaşa olaraq idxal qiymətləri ilə əlaqələndirilə bilər. İkinci olaraq, son iki ildə dünyada tüğyan edən pandemiya şərtlərindən asılı olaraq ərzaq məhsullarının ümumi kütlə istehsalında azalma görülməkdədir. Bu isə öz növbəsində məhsulun qiymətinə təsir etməkdədir. Üçüncüsü isə, istər daxili istehsal olunan məhsulların, istərsə də, idxal olunan məhsulların maya dəyərini formalaşdıran faktorlar əsas alınmalıdır. Bu konteksdə yanacağın qiymətinin son 1 ildə artması birbaşa olaraq məhsulların qiymətlərinin maya dəyərinin artmasına səbəb olacaqdır. Təbii ki, ərzaq məhsullarının qiymətini süni şəkildə artıran sahibkarlar da mövcuddur. Bu baxımdan, dövlət qurumları bir mənalı olaraq ərzağın qiymətinin optimallaşdırıması istiqamətində nəzarətedici fəaliyyətlər həyata keçirtməlidir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR