• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Paşinyan Putinin qarşısında dedi ki, Azərbaycanla sülh…” 

GÜNDƏM

15 Oktyabr 2021 | 17:36

“Paşinyan Putinin qarşısında dedi ki, Azərbaycanla sülh…”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib ki, Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycan münaqişəni hərbi yolla həll etdi.

Həmin iclasda Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, bölgədə kommunikasiyaların açılması nəticəsində Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu və avtomobil əlaqəsi əldə edəcək. Paşinyan Rusiyanın sülhməramlı kontingentinin olduğu zonada insan ölümləri ilə bağlı insidentlərin araşdırılması üçün üçtərəfli mexanizmin gücləndirilməsini təklif edib.

O, İrəvanın Rusiya və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazır olduğunu vurğulayıb. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün Minsk Qrupu çərçivəsində danışıqlar prosesinin bərpasını vacib saydığını söyləyib.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Bakıvaxtı.az-a bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasına mane olan qüvvələr var.

“Bizim qırmızı xəttimiz Ermənistanın sərhədlərimizi və ərazi bütövlüyümüzü qəbul etməsidir. Bunun üçün heç bir şərt olmamalıdır. Bu BMT-nin ərazi bütövlüyü ilə bağlı əsas prinsipinə uyğundur. Sonra demarkasiya və delimitasiya prosesinə, sülh danışıqlarına başlamaq olar. Ermənistanın da belə bir niyyətinin olmasını bəyan etməsi böyük irəliləyişdi. Hesab edirəm ki, bu bəyanatlar işin zahiri tərəfidir. Azərbaycanla Ermənistan birgə sülh müqaviləsi ilə əlaqədar kifayət qədər yol, məsafə qət ediblər. Xeyli dərəcədə uğurlu addımlar var, müəyyən razılaşmalar var. Bəzi qüvvələr sülh danışıqları baş tutmasın və geri dönüş olsun deyə təxribatlar törədirlər”, - Ə.Əlibəyli bildirib.

Ekspert qeyd edib ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq bizim istəyimiz Azərbaycan ilə Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bağlıdır: “Ermənistanın baş naziri Paşinyan avtomobil və dəmir yolunun çəkilməsinə razı olduğunu bildirib. Onlar bunu yol adlandırırlar, biz dəhliz deyirik. Prinsipcə bunun heç bir fərqi olmayacaq və mahiyyət etibarilə söhbət eyni şeydən gedir. MDB çərçivəsində, Rusiya prezidenti Putinin iştirak etdiyi tədbirdə belə bir bəyanatların verilməsi bizə lazım idi. Yekunda dövlətin rəhbərləri birlikdə elə Moskvada sülh müqaviləsini imzalayacaqlar və Rusiyanın da götürdüyü öhdəlikləri icra etmək istiqamətində əsas addımlardan biri olacaq.  

Nəhayət, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Ermənistanın da bu məsələ ilə bağlı təkliflərini açıqlayıb. Bildirib ki, Azərbaycanla kommunikasiya əlaqələrinin qurulması nəticəsində Ermənistan Orta Asiyaya, Avropaya çıxacaq”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026