• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanda bahalaşma sürətlənib: Ekspert səbəbləri açıqladı

GÜNDƏM

16 Sentyabr 2021 | 12:16

Azərbaycanda bahalaşma sürətlənib: Ekspert səbəbləri açıqladı

“Apardığımız müşahidələrə əsasən hətta böyük marketlərin birində 900-dən çox məhsulun qiymətində artımlar baş verir. Təbii ki, ən çox neft, çörək, yağ gündəmdə olduğuna görə, biz bunlar haqqında danışırıq. Amma şampunlar, yuyucu tozlar, uşaq bezləri, diş məcunları və digər məshullarda qiymətlər bir neçə dəfə artıb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.

İqtisadçı-ekspert qeyd edib ki, bahalaşmanın bir çox səbəbləri var: “Azərbaycana idxal olunan məhsulların mənbə ölkəsində qiymətlər qalxıb, ölkə daxilində sahibkarların xərcləri artıb, koronavirus pandemiyası ilə bağlı sahibkarların öhdəlikləri və xərcləri artıb. Dövlət tərəfindən bir neçə xeyriyyə fondu yaranıb və sahibkarlıq subyektləri həmin fondlara pul köçürürlər. Bunlar da qiymətin artmasına səbəb olur. Qiymətlər artanda işçilər də əmək haqqlarının artmasını istəyirlər. Bütün bu xərclər məhsulun maya dəyərinin qiymətinə təsir göstərir.

Ölkədə kapital bazarı çox dardır. Kapital bazarında əsasən kreditlər iştirak edirlər. Kreditin şərtləri və faiz dərəcələri istər-istəməz məhsulun maya dəyərinə təsir göstərir. Daşınma xərcləri də qiymətləri artırır.

Müxtəlif vergi və gömrük dərəcələri var ki, onlar da istehsalın qiymətinə təsir göstərir. Ölkədə rəsmiləşmə və şəffaflaşma işləri həyata keçirilir. Əvvəllər sahibkarlar qeyri-şəffaf işləyirdilər. İndi şəffaflaşma artıb deyə rəsmi şəkildə işçilər işə götürülür, rəsmi şəkildə verilən vergilər və sosial ödəmələr xərcləri artırır”.

Ramid İbrahimov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026