Fransanın tibbi analiz laboratoriyalarının bioloqları Milli Sağlamlıq Sığorta Fondunu sentyabrın 11-dən prosedurların qiymətlərini aşağı salmaq qərarına görə tənqid edirlər.
Bakıvaxtı.az xəbər verir ki, qərardan narazı qalan bütün tibbi laboratoriyalar 4 günlük tətilə başlayıb.
“Sentyabrın 20-dən başlayan tətil dörd gün davam edəcək. Bütün laboratoriyalar bağlı olacaq”,- deyə bu sektoru təmsil edən 7 təşkilat, eləcə də SNMB, SDBİO və SNBH kimi həmkarlar ittifaqları bəyan ediblər. Onlar tibbi laboratoriyalarda qiymətlərin aşağı olmasından şikayətlənirlər. Tətilin kütləvi olacağı bildirilir.
Bioloqlar 2023-cü ilin iyununda imzalanmış üç illik (2024-2026) şərti müqaviləyə riayət etmədiyinə və onlarla əvvəlcədən məsləhətləşmədən prosedurların qiymətlərini sentyabrın 11-dən azaltmaqla bağlı qərar verdiyinə görə Milli Sağlamlıq Sığorta Fondunu sərt tənqid edərək danışıqların yenidən başlanmasını tələb edirlər.