• Bakı 30° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Frensis Kandiya: Kəlbəcər inkişaf tempi və təbii gözəlliyi ilə heyranlıq doğurur

SİYASƏT

11 Iyul 2025 | 11:13

Frensis Kandiya: Kəlbəcər inkişaf tempi və təbii gözəlliyi ilə heyranlıq doğurur

Kəlbəcər sürətli inkişafı və təbii gözəlliyi ilə heyranlıq doğurur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un Kəlbəcərə ezam olunmuş əməkdaşına filippinli səyyah Frensis Kandiya danışıb.

"Kəlbəcərdə baş verən dəyişikliklər əvvəlki vəziyyətlə müqayisədə həqiqətən heyranlıq doğurur. Regionun indiki hala çevrilməsi sadəcə heyrətləndiricidir", - o bildirib.

Səyyah, həmçinin regionun gələcəyi ilə bağlı gözləntilərini də bölüşüb: "Hər şey artıq tamamlananda dörd və ya beş ildən sonra Kəlbəcərin necə olacağı mənə çox maraqlıdır. Şəhər insanlarla dolduğu zaman bu, tamamilə yeni bir təəssürat olacaq".

F.Kandiya vurğulayıb ki, bu onun Azərbaycana ilk səfəridir və burada gördüklərini məşhur Avropa mənzərələri ilə müqayisə edib: "Arxa plandakı dağlar - sanki mən İsveçrə və ya Avstriyadayam. Bu, İsveçrə Alplarındakı kimi bir hissdir. Bura mütləq qayıdacağam".


SON XƏBƏRLƏR