Füzulidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzasında yaralanan şəxlərdən biri polis əməkdaşıdır.
Bu barədə Bakıvaxtı.az hüquq mühafizə orqanlarına istinadən xəbər verir.
Məlumata görə, "Mercedes"lərdən birini idarə edən İlqar Hümbətov Şuşa rayon DYP bölməsinin rəisidir.
Hadisə zamanı xəsarət alan mayor İ.Hümbətov xəstaxanaya yerləşdirilib.
*** 14:04
Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ramid İbrahimov
















