Astarada yanğın olub.
Bakıvaxtı.az-ın FHN-ə istinadən xəbərinə görə, yanğın rayonun Şuvi kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 576 m² (mansardası və hər mərtəbəsi 192 m²) olan ikimərtəbəli mansarda tipli 6 otaqlı evin yanar konstruksiyaları 384 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















