• Bakı 26° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycanda gəlirlərin deklorasiyasına dair yeni qanuna ehtiyac var

İQTİSADİYYAT

07 Dekabr 2022 | 15:38

Azərbaycanda gəlirlərin deklorasiyasına dair yeni qanuna ehtiyac var

"1989-cu ildə Parisdə FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) təsis edilən zaman çirkli pulların qlobal dövriyyəsi 50 milyard dollar qiymətləndirilirdisə indi bu rəqəm 1 trilyon dollaradək yüksəlib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasının bugünki iclasında “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi”nin müzakirəsində deyib.

Onun sözlərinə görə, bu isə ondan xəbər verir ki, FATF vasitəsi ilə son illər qlobal qaydalar müəyyənləşdirilsə də belə çirkli pulların dövriyyəsində artım müşahidə olunub:

“Qanun layihəsi ilə bağlı aktivlərin səhvən dondurulması zamanı kompensasiyanın ödənilməsi və eləcə də ölkədaxili siyahılar tərtib edilərkən meyarların müəyyənləşdirilməsini təklif etdim".

V.Bayramov, eyni zamanda, vəzifəli şəxslərin gəlir deklorasiyası təqdim etmələrinin vacibliyinə toxunaraq bu sahədə yeni qanunun qəbuluna ehtiyac olduğunu bildirib: "Azərbaycanda 17 il öncə gəlirlərin deklorasiyasına dair qanun qəbul olunsa da amma reallıqda tətbiq olunmur. Bu baxımdan, Azərbaycanda gəlirlərin deklorasiyasına dair yeni qanunun qəbuluna ehtiyac var".

Deputat bildirib ki, bütövlükdə şəffaflığın artırılması üçün xüsusilə vəzifəli şəxslərin gəlirlərinin deklorasiyası haqqında yeni qanun layihəsinin hazırlanması lazımdır.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026