• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Goranbayda DƏHŞƏT: sevgilisi ilə birləşib, oğlunu öldürdü

HADİSƏ

22 Avqust 2021 | 19:55 | Müəllif: Subhan Mahmudov

Goranbayda DƏHŞƏT: sevgilisi ilə birləşib, oğlunu öldürdü

Goranboy rayonunda dəhşətli qətlin üstü isti izlərlə açılıb.

Bakıvaxtı.az axar.az-a istinadənxəbər verir ki, Goranboy rayon Polis Şöbəsinin apardığı araşdırma nəticəsində məlum olub ki, avqustun 15-də rayonun M.Məhərrəmov küçəsində yaşayan Gülayət Əliağa qızı Təhməzova 11 yaşlı oğlu Fərid Fəxrəddin oğlu Təhməzovu sevgilisi Anar Aydın oğlu Məmmədovla ilə birliklə xüsusi amansızlıqla öldürərək Goran qəsəbəsində qamışlıq əraziyə atıblar.

Adı çəkilən şəxslər izi itirmək məqsədilə ayın 19-də azyaşlının itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Lakin operativ əməliyyat istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb və sözügedən şəxslər tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, bundan öncə azyaşlının itkin düşməsi barədə məlumat yayılmışdı.

Hazırda Goranboy rayon Prokurorğulunda cinayət işi açılıb, istintaq aparılır


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026