• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Dəhşətli QƏTL: Azərbaycanlı gəncin ayağını bağlayıb suya atdılar

HADİSƏ

21 Sentyabr 2021 | 14:43 | Müəllif: Subhan Mahmudov

Dəhşətli QƏTL: Azərbaycanlı gəncin ayağını bağlayıb suya atdılar

Gürcüstanın Marneuli rayonunda 1993-cü il təvəllüdlü azərbaycanlı gənc qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, qətli törətməkdə şübhəli bilinən 3 gənc saxlanılıb. Onlardan ikisi keçmişdə məhkumluq həyatı yaşayıb.

İstintaqla müəyyən edilib ki, hadisə qisas zəminində baş verib. Saxlanılan şəxslər sentyabrın 18-də gəncin əl-qolunu bağlayaraq idarə etdikləri avtomobillə onu bir kəndə aparıblar. Daha sonra üzərinə ağır əşya bağlayaraq onu su kanalına atıblar və nəticədə gənc ölüb.

Ağırlaşdırıcı hallarda qrup halında qəsdən adam öldümədə günahlandırılan şəxslərdən ikisini 7 ildən 17 ilədək, ağır cinayət barədə polisə məlumat verməyən üçüncü şəxsi isə 3 ildən 7 ilədək həbs gözləyir.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR