• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Dəhşət: Uşağı doğub soyuducuya qoydu

HADİSƏ

21 Oktyabr 2021 | 12:57 | Müəllif: Subhan Mahmudov

Dəhşət: Uşağı doğub soyuducuya qoydu

Ukraynanın Rovensk vilayətində 35 yaşlı qadın körpə dünyaya gətirib və onu soyuducuya qoyub.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, qadın qızın ölü doğulduğunu iddia edib.

Məlumata görə, qadın evdə körpə dünyaya gətirib və göbəyini özbaşına kəsib. Sonra körpəni dəsmala büküb paketə salaraq soyuducuya qoyub. Qadının iddiasına görə, qızı vaxtından əvvəl və ölü doğulub.

Polis, qadının hamiləliyin təxminən 37 həftəsində bir körpə dünyaya gətirdiyini təsbit edib. Ekspertiza qızın diri doğulduğunu və ölümün bədənin ümumi hipotermiyası səbəbindən baş verdiyini təsdiqləyib.

35 yaşlı qadın vaxtından əvvəl doğuşdan sonra uşağını qəsdən öldürməkdə təqsirli bilinir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026