• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Göygöldə qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

CƏMİYYƏT

07 Fevral 2025 | 11:08

Göygöldə qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Göygöl şəhərinin Azay Kazımov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Əliyev Nizami Rza oğluna məxsus qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövəqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 3 ədəd qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlanılmasının aparılmadığı, həmçinin sözügedən tutumların sahibkarın müraciəti əsasında Agentlikdə qeydiyyatdan çıxarıldığına baxmayaraq istismar olunduğu, eləcə də bu tutumlardan birinin dövri müayinəsinin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.


SON XƏBƏRLƏR

11 Mart 2025