Göygöldə kütləvi zəhərlənmə olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Toğanalı kəndində yerləşən restonların birində qeydə alınıb.
Hadisə yerinə Göygöl Rayon Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub. Ehtimala görə, zəhərlənməyə qonaqların gətirdiyi qida səbəb olub. Zəhərlənənlərin sayı 5 nəfərdən çoxdur.
Qeyd edək ki, həmin məkan qonaqlara yemək vermir.
Faktla bağlı araşdırma aparılır.
18:11
Göygöldə zəhərlənmə hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun ərazisində yerləşən restoranların birində qeydə alınıb.
Belə ki, restoranda bir neçə nəfər zəhərlənib. Əraziyə təcilli tibbi yardım briqadaları cəlb olunub./apa
















