Türkiyədə baş verən iki zəlzələdə 3 nəfər ölüb, 213 yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə indiyə qədər 6 nəfər dağıntılar altından çıxarılıb.
***
Bakıvaxtı.az bildirir ki, bir neçə dəqiqə öncə Hatayda 5,2 bal gücündə növbəti zəlzələ baş verib
***22:56
Türkiyənin Hatay əyalətində baş verən yeni zəlzələlər nəticəsində bir qadın həlak olub.
Bakıvaxtı.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkəni daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, dağıntılar altında 4 nəfər qalıb.
"Onlardan biri artıq xilas edilib, digər üçünün xilas edilməsi ilə bağlı işlər davam etdirilir", - deyə nazir bildirib.
***22:37
Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən (6,4 və 5,8 bal) sonra bəzi binalarda dağıntılar var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hatay Belediyesinin rəhbəri Lütfü Savaş bildirib.
"Bəzi binalar dağılıb. Təəssüf ki, dağıntı altında qalanlar var",- deyə o bildirib.
***21:59
Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən (6,4 və 5,8 bal) sonra bəzi binalarda dağıntıların olduğu bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.
Qeyd olunub ki, dağıntılar altında insanların olduğu bildirilir.
***21:23
Bazar ertəsi Türkiyənin Hatay bölgəsində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların mənbəyi 16 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilmir.
















