• Bakı 24° C

    5.03 m/s

Həftəsonu Şamaxıya gedənlərin NƏZƏRİNƏ

CƏMİYYƏT

11 Avqust 2022 | 15:38 | Müəllif: Subhan Mahmudov

Həftəsonu Şamaxıya gedənlərin NƏZƏRİNƏ

Avqustun 13-dən 14-nə keçən gecədən etibarən (saat 01:00-dan 06:00-a qədər) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci kilometrlik hissəsində, eyni zamanda Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa olunan yerüstü piyada keçidlərinin platformaları quraşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

“Bununla əlaqədar olaraq sürücülərdən qeyd olunan vaxtda sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə qurum bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026