• Bakı 24° C

    5.03 m/s

Həmkəndlisini bıçaqladı, hər şeyi etiraf etdi

HADİSƏ

22 Avqust 2023 | 09:44 | Müəllif: Qalib İbrahimoğlu

Həmkəndlisini bıçaqladı, hər şeyi etiraf etdi

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə rayonunun Mahmudlu kənd sakini, 1968-ci il təvəllüdlü Fazil Alıyevin bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə F. Alıyevə xəsarət yetirməkdə şübhəli bilinən, həmkəndlisi, 1992-ci il təvəllüdlü Ülvi Paşayev saxlanılaraq istintaqa təhvil verilib.

İlkin dindirilmə zamanı şübhəli şəxs F. Alıyev ilə şəxsi münasibətlər zəminində mübahisə etdiyini, ona görə xəsarət yetirdiyini etiraf edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026