Təxminən 7,5 milyon it daxil olmaqla 80 milyon ev heyvanı olan Fransanın materikində sürü halında gəzən sahibsiz it yoxdur.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə ictimai yerlərdə “təhlükəli” hesab edilən ev itləri cinslərinin xalta ilə gəzdirilməsi məcburi olsa da, bu, bələdiyyə qərarı ilə bütün itlərə də şamil oluna bilər.
Xaltasız gəzən ev heyvanlarının sahibləri 38 avro, iti "təhlükəli" növlər sırasındadırsa, 150 avroya qədər cərimə olunur.
Ev heyvanlarını çölə atmaq qadağandır. Bu qaydanı pozanlar 3 il həbs, 45 min avro cərimə olunur.
Hər il 100 min it və pişik küçələrə atılsa da, heyvanlar bələdiyyə qrupları tərəfindən sürətlə toplanır. Müvəqqəti baxım mərkəzlərində və sığınacaqlarda saxlanılan heyvanların sürü halında gəzməsinin qarşısı alınır.
Qeyd edək ki, Fransada, təxminən, 800 sığınacaqdan 64-nü idarə edən Heyvanların Mühafizəsi Cəmiyyəti (SPA) 1845-ci ildə yaradılıb.
Bu sığınacaqlar ölkədə küçələrə atılan heyvanların sahibləndirilmədən əvvəlki son dayanacağıdır.
Ay Tac






jpg-1697101406.webp)








