• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Kansler Ərdoğanla görüşəcək

DÜNYA

12 Oktyabr 2023 | 12:47

Kansler Ərdoğanla görüşəcək

Almaniya kansleri Olaf Şolz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, Olaf Şolz bu gün prezident Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşəcəyini açıqlayıb.

Şolz Misir, Qətər və Türkiyənin İsrail və HƏMAS arasındakı gərginliyin azaldılmasında mühüm rol oynaya biləcəyini açıqlayıb.

Şolz qeyd edib ki, regional gündəmi qiymətləndirmək üçün Misir prezidenti Əbdülfettah Sisi ilə yaxın təmasdayam.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bundan sonra İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib. Bu günədək HƏMAS-ın hücumu nəticəsində 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR