• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Heydər Əliyev ona bəslənən ümidləri doğruldub- Spiker

SİYASƏT

07 May 2024 | 11:30

Heydər Əliyev ona bəslənən ümidləri doğruldub- Spiker

“Bizim iclasımız əlamətdar tarixi hadisə ərəfəsində keçirilir. Mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd ediləcək”.

Bakıvaxtı.aznməlumatınagörə, bunuMilliMəclisinbugünkeçiriləniclasındaparlamentinsədriSahibə Qafarovadeyib.

Onun sözlərinə görə, Heydər Əliyev düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi ümidi doğruldan şəxsiyyət olub:

“Bununla da o, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib. Ümummilli liderin başladığı işlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

Spiker vurğulayıb ki, Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın ən ümdə problemini həll etməyə imkan verib:

“44 günlük Vətən müharibəsində qələbə təmin edilib. Ötən ilin sentyabr ayında aparılan antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyimiz bərpa edilib. Biz bir məqamı da hər zaman vurğulayırıq ki, 1993-cü ilin iyununda Heydər Əliyev siyasətə bu binadan başlayıb”.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 May 2024