• Bakı 22° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

İlham Əliyev Türkiyəyə gedib

SİYASƏT

14 May 2022 | 15:44

İlham Əliyev Türkiyəyə gedib

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.


SON XƏBƏRLƏR

17 Sentyabr 2025