• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İlham Əliyevdən tərəfdaş ölkələrə ÇAĞIRIŞ

SİYASƏT

26 Aprel 2021 | 13:18

İlham Əliyevdən tərəfdaş ölkələrə ÇAĞIRIŞ

“1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməyib”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışında deyib.

“Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə, həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Ermənistanın Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmayıb və sanksiyalar tətbiq edilməyib”, - deyə Prezident bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026