• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İlk koronavirus xəstəsi tapıldı!

CƏMİYYƏT

19 Noyabr 2021 | 15:45

İlk koronavirus xəstəsi tapıldı!

ABŞ həkimi Maykl Worobey etdiyi araşdırma nəticəsində nəticəsində dünyada aşkar edilən ilk koronavirus xəstəsini tapdığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın Arizona Universitetində Dr. Michael Worobey araşdırması nəticəsində məlum olan ilk Covid-19 xəstəsinin Çinin Vuhan şəhərində bir bazar satıcısı olduğunu söyləyib.

Çin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə araşdırmasında səhvlər olduğunu bildirən Worobey, "İlk koronavirus xəstəsinin dekabrın 8-də aşkarlanan 41 yaşlı mühasib olduğu iddiaları yalandır. O, Vuhandakı heyvan bazarından uzaqda yaşayırdı. O, heyvan bazarında işləyirdi və üç uşağı var idi. Dekabrın 11-də, ertəsi gün xəstələnən qadın ilk xəstədir "deyib.

ÜST-ün rəhbərlik etdiyi bir qrup virusun mənbəyini araşdırmaq üçün Vuhanda dörd həftə keçirdi. Virusun yarasalardan insanlara keçmə ehtimalının olduğu bildirilərkən, daha çox araşdırmaya ehtiyac olduğu bildirilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026